Tənfiz mərasiminin təfərrüatları elan olunub
-
Tənfiz mərasiminin təfərrüatları elan olunub
İran İslam Respublikasının on ikinci prezidentinin hökmünün tənfizi mərasimi cümə axşamı günü, avqustun üçündə səhər çağı Tehranda İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçiriləcək.
Bu mərasim İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin hüzurunda və üç hakimiyyət qüvvəsi başçıları, Rəhbərlik Xübreqanı Məclsinin sədri, ölkə və orda rəsmiləri, din alimləri, İran universitetlərinin işçiləri və xarici ölkələrin bir qrup səfiri və yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Bu mərasimdə İranın daxili işlər naziri 12-ci prezident seçkilərinin keçirilməsi prosesi barədə hesabat təqdim edəcək. Sonra İslam İnqilabının Böyük Rəhbəri ofisinin başçısı İslam İnqilabının Böyük Rəhbərinin xalqın səsinin tənfiz edilməsi və Həsən Ruhaninin İran İslam Respublikasının prezidenti vəzifəsinə təyin olunması barədəki hökmünü qiraət edəcək. Sonra İslam İnqilabının Böyük Rəhbəri hökm mətninin lövhəsini İran xalqının seçdiyi prezidentə əta edəcəklər.
Daha sonra İran İslam Respublikasının prezidenti çıxış edəcək. Ondan sonra isə mərasim iştirakçıları İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin mühüm bəyanatını dinləyəcəklər.