Avq 03, 2017 19:11 Asia/Baku
  • Rusiya, İran və İraqın ortaq mövqeləri
    Rusiya, İran və İraqın ortaq mövqeləri

Rusiya bildirib ki, Yaxın Şərq məsələlərində bu ölkənin mövqeyi İran və İraqın mövqeləri ilə eynidir.

IRNA-nın məlumatına görə, Rusiyanın Xarici İşlər Nazirliyi bu gün bir bəyanatda bu ölkənin xarici işlər nazirinin müavini Mixail Boqdanovun İran xarici işlər nazirinin müavini Hoseyn Caberi Ənsari ilə müzakirələrinin, həmçinin İraqın xarici işlər nazirinin müavini Nizar Xeyrullah ilə üçtərəfli iclasın nəticələrini Yaxın Şərq məsələlərində mövqelərin ortaqlığı elan edib.

Bəyanatda deyilir: Aparılmış müzakirələr toplusunda Tehran, Moskva və Bağdadın regionun təhlükəsizliyinin qorunması istiqamətində maraqlı olan bütün tərəflərin iştirakı və addımlarının koordinasiyasına təkid edilib.

Rusiya habelə çərşənbə günü keçirilmiş üçtərəfli iclas barədə belə vurğulayıb: Rusiya, İran və İraq təkid ediblər ki, Yaxın Şərqin sabitliyinin təmini birbaşa surətdə terrorizmin məhvi, dövlətlərin parçalanmaları və dağılmalarının qarşısının alınması və ölkələrinin quruculuğu üçün xalqların öz müqəddəratlarını təyinetmə haqqının reallaşmasına gətirib çıxaracaqdır.

Rusiyanın Xarici İşlər Nazirliyi həmçinin İran xarici işlər nazirinin müavini Hoseyn Caberi Ənsarinin İran səfiri Mehdi Sənainin iştirakı ilə Moskvada keçirilmiş Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov və həmin ölkənin müdafiə nazirinin müavini Aleksandr Fominlə görüşləri və müzakirələrinə əsasən, bildiribdir ki, Tehran, Moskva və Bağdadın Suriyanın ərazi bütövlüyünün, həmçinin bu ölkənin hökuməti və suverenliyinin qorunması, terror qruplarının kökünün kəsilməsi, terrorizm və ekstremizmin Yaxın Şərqdə və regiondan kənarda yayılmasının qarşısının alılnması üzrə prinsipial mövqeləri vurğulanıbdır.

Teqlər