Avq 04, 2017 18:15 Asia/Baku
  • Britaniya xarici işlər nazirinin müavini Tehrana gəlib
    Britaniya xarici işlər nazirinin müavini Tehrana gəlib

Britaniya xarici işlər nazirinin müavini Alistair Burt bir heyətin müşayiəti ilə İran İslam Respublikası prezidentinin andiçmə mərasimində iştirak etmək üçün İmam Xomeyni (rə) hava limanına daxil olub.

Cümə günü səhərdən bir neçə yüksək səviyyəli rəsmi, o cümlədən Zimbabve prezidenti Robert Muqabe, Lesoto kralı III Letsie, Qana prezidentinin müavini Mahamudu Bawumia, Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın heyəti, Malayziya prezidenti Tan Sri Pandikar Amin Mulia və Portuqaliya parlament dosluq qrupunun sədri Joze Foneska Silva Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəliblər.

Həmçinin Mali parlamentinin sədri də yüksək səviyyəli heyətlə Tehrana gəlib.

Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim, Fələstin İslam Cihadı Hərəkatının baş katibi Ramazan Abdulla, Kamboca parlamenti sədrinin 1-ci müavini Jan Mak Rako Tomamuci və bir sıra digər rəsmilər Tehrana gəlmişlər.

12-ci İran İslam Respublikası prezidentinin andiçmə mərasimi şənbə günü günortadan sonra ölkə və ordu rəsmiləri, dünyanın 92 ölkəsindən yüksək səviyyəli rəsmilərin iştirakı ilə İran İslam Şurası Məclisində təşkil olunacaq.

8 prezident, 19 parlament sədri, 9 prezident müavini və baş nazir, 7 parlament sədri müavini, 11 xarici işlər naziri, 35 xüsusi elçi andiçmə mərasimində iştirak edəcək. Həmçinin 12 xarici işlər naziri müavini, 6 parlament dostluğu qrupunun sədri və 2 parlament xarici siyasət komissiyasının sədri də iştirak edəcək.

İranda 19 may 2017-ci il prezident seçkilərində nəticələrə əsasən, seçkilərə namizəd hazırkı prezident Həsən Ruhani 23 milyon səs qazanaraq yenidən prezident seçildi.

Teqlər