Avq 05, 2017 11:14 Asia/Baku
  • Dünyanın İranla səmərəli anlaşmasının nümayişi
    Dünyanın İranla səmərəli anlaşmasının nümayişi

Dünyanın beş qitəsindən olan müxtəlif heyətlərin və təqribən on beynəlxalq təşkilatın nümayəndələrinin İran İslam Respublikası prezidentinin andiçmə mərasimində iştirakı dünyanın, əminlikyaradıcı təhlükəsizlik və stabilliyə malik olan və regionda mühüm ölkə sayılan İranla geniş anlaşmasından xəbər verir.

Həsən Ruhaninin inauqurasiya mərasimi İranın İslam Şurası Məclisində həyata keçiriləcək və dünyanın müxtəlif ölkələrinin, o sıradan İranın qonşularının başçıları və nümayəndələri bu mərasimdə geniş şəkildə iştirak edəcəklər.

İran prezidentinin inauqurasiya mərasimi onun İslam İnqilabının Böyük Rəhbəri tərəfindən tənfiz olunması-təsdiqlənməsi mərasimindən sonra keçirilir.

Həsən Ruhani İran İslam Respublikasının 12-ci prezidenti kimi ölkənin məhkəmə hakimiyyətinin sədri, Ali Məhkəmənin sədri və Negəhban Şurası üzvlərinin qarşısında keçiriləcək inauqurasiya mərasimində Əsas Qanunun 121-ci maddəsinə əsasən, bütün bacarığı və səlahiyyətindən öz məsuliyyətinin yerinə yetirilməsi istiqamətində istifadə edəcəyinə and içəcək.

İranda dini demokratiya cərəyanı kimi İslam Şurası Məclisinin mövcudluğu regionda tayı-bərabəri olmayan bir meyardır. Xarci heyətlərin İran prezidentinin inauqurasiya mərasimində geniş şəkildə iştirakı İranda dini demokratiya simvolunun təsdiqlənməsi deməkdir.

İran İslam Respublikası prezidentinin andiçmə mərasimində iştirak üçün bütövlükdə 100-dən çox xarici heyəti təşkil edən bəzi beynəlxalq təşkilatlar və ölkələrin nümayəndələri, prezidentləri, parlament sədrləri və xarici işlər nazirlərinin iştirakı dünyanın beş qitəsinin İranla anlaşmasından söz açır.

İran İslam Respublikası öz beynəlxalq əlaqələrini qarşılıqlı hörmət və "uduş-uduş" oyunu formasında faydalı anlaşma prinsipinə əsasında qurubdur.

İran prezidenti Həsən Ruhani cümə axşamı günü öz hökmünün İslam İnqilabının Böyük Rəhbəri tərəfindən təsdiqlənməsindən sonra belə dedi: İran İslam Respublikası Quruluşu hərçənd başıucalıqdan ölkənin istiqlaliyyətinin xərcini ödəyib və ödəyəcək, amma heç vaxt düşmənlər tərəfindən təcridin icbar edilməsini qəbul etməyəcək və bədxahların tələblərinə təslim olmayacaqdır.

İran prinsipial və dostcasına münasibətlə səmərəli və fəal iştirak və əməkdaşlıq üçün beynəlxalq səhnədə öz xoşməramlılığını nümayiş etdirib. Məhz bu çərçivədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi vurğulayıbdır ki, İran xoşməramlılıq istəyən bütün kəslərə dostcasına cavab verəcəkdir.

Teqlər