Laricani: Əsl demokratiya İslam Quruluşundadır
İran İslam Şurası Məclisinin sədri bu gün axşam İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində deyib: İranda 12-ci prezident seçkilərinin keçirilməsi onu göstərir ki, İslam Quruluşunda əvəzsiz əsl demokratiya hökm sürür.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani daxili və xarici qonaqlara Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak etdiklərinə görə təşəkkür edərək, söyləyib: İranda 12 prezident seçkisi, 10 İslam Şurası Məclisi seçkiləri, beş Rəhbərlıik Xübreqanı Məclisi seçkiləri və beş Şəhər və Kənd İslam Şuraları seçkilərinin keçirilməsi İranda dini demokratiya quruluşunun dərinliyini göstərir.
Laricani əlavə edib: İran xalqınn 2017-ci ilin 19 may seçkilərindəki 72 faizlik iştirakı xalqın İslam Quruluşuna və öz taleyinə müdaxiləyə olan ciddi marağını göstərir və İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in uzaqgörənliyindən xəbər verir.