Brüssel Moqerininin Tehran səfərini səmərəli adlandırdı
Avropa Birliyi bu birliyinin xarici siyasət üzrə məsul şəxsi xanım Federika Moqerininin Tehrana olan səfərini və İran rəsmiləri ilə görüşlərini son dərəcə səmərəli və konstruktuv dəyərləndirib.
AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerininin ofisi dünən şənbə bir bəyanat yayaraq, xanım Moqerininin İran İslam Respublikası prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimi kənarında İran rəsmiləri ilə baş tutan görüşlərinə işarə edərək, bildirib: Moqerini bu görüşlərdə nüvə anlaşmasını region və dünyada sabitliyin qarantı adlandırıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatlarını habelə, sanksiyaların ləğv edilməsinin iqtisadi nəticələrini nüvə anlaşmasının icra prosesinin doğru yolda olmasına dəlalət edən iki əsas faktor hesab edib.
Moqerini bir daha Avropa Birliyinin nüvə anlaşmasına sadiq qadlığını vurğulayaraq, bu beynəlxalq anlaşmanın tam şəkildə icrasına təkid edib.
İran İslam Respublikası prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak etmək məqsədi ilə cümə günü Tehrana səfər edən Federika Moqerini bu mərasimdə iştirak etməklə y anaşı bir sıra İran rəsmisi ilə də görüşüb, danışıqlar aparıb.