Silahlı terrorçu dəstə üzvləri İranın şimal-qərbində məhv edildi
https://azeri.sahartv.ir/news/İran-i278866-silahlı_terrorçu_dəstə_üzvləri_İranın_şimal_qərbində_məhv_edildi
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın quru qoşunları komandanı ölkənin şimal-qərbində bir silahlı terrorçu dəstənin məhv edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2017 14:53 Asia/Baku
  • Silahlı terrorçu dəstə üzvləri İranın şimal-qərbində məhv edildi
    Silahlı terrorçu dəstə üzvləri İranın şimal-qərbində məhv edildi

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın quru qoşunları komandanı ölkənin şimal-qərbində bir silahlı terrorçu dəstənin məhv edilməsindən xəbər verib.

General-mayor Məhəmməd Pakpur bu gün deyib: Bu əks-inqilabçı terrorçu dəstə təxribat törətmək məqsədi ilə İran ərazisinə daxil olmağa çalışıb. Amma, Sepah-ın quru qüvvələri Qərbi Azərbaycanın sərhəd məntəqəsində bu dəstəni məhv edib.

General-mayor Pakpur həmçinin deyib: Sepah-ın quru qoşunları bu əməliyyat zamanı 2 silahlı terrorçunu öldürüblər.

Sepah-ın Quru Qoşunları komandanı əlavə edib: Bu əməliyyat zamanı 4 silahlı terrorçu da yaralanıb və terrorçulara məxsus külli miqdarda silah, hərbi sursat və təxribatçılıq üçün lazım olan təchizatlar aşkar və zəbt edilib.