Qasemi: İnauqurasiya mərasimindəki geniş iştirak "İranı qəbul etmə" baxışının göstəricisi idi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran prezidentinin andiçmə mərasimində 105 ölkədən gəlmiş nümayəndə heyətlərinin iştirak etməsinə toxunaraq, deyib: Bu məsələ "İranofobiya" və " İran düşmənçiliyi" baxışları qarşısında "İransevərlik" və "İranı qəbul etmə" baxışının göstəricisi idi.
Bəhram Qasemi İSNA xəbər agentliyinə verdiyi müsahibədə deyib: İranın düşmənləri o cümlədən sionist rejim və İranın bəzi regional və regiondan kənar rəqibləri ötən illər ərzində "İran düşmənçiliyi" baxışını yaymağa çalışaraq, İranı gərginlik yaradan ölkə kimi təqdim etməyə səy göstəriblər. Amma, xalqın seçkilərdəki əzəmətli iştirakı və İran İslam Respublikası prezidenti Həsən Ruhaninin andiçmə mərasimində xarici ölkə nümayəndələrinin geniş iştirakı İrana qarşı düşmənçilik siyasətlərinin uğursuzluq nişanəsi idi.
Qasemi İranda 12-ci prezidentlik dövrü ilə bağlı keçirilən andiçmə mərasiminin beynəlxalq bir simaya malik olduğunu xatırladaraq, bu mərasimin beynəlxalq bir tədbirə çevrildiyini bildirib və deyib: Müxtəlif ölkələrin nümayəndələri bu mərasimdə iştirak edərək, İran ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi ilə siyasi və iqtisadi sahələr üzrə əməkdaşlıqların genişləndirilməsinə hazır olduqlarını elan etmiş oldular.
Qasemi həmçinin, İranın terrorizm qarşısındakı siyasətinə işarə edib və deyib: Tehranın terrorizm ilə mübarizədəki siyasəti dünya ictimaiyyəti arasında İrana qarşı yeni və münasib baxışın formalaşmasına şərait yaradan digər amil sayılır.
İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü ikinci dəfə olaraq prezident ünvanında andiçmə mərasimində iştirak edərək, İslam, İslam Respublikası Quruluşu və İran Konstitusiyasını müdafiə edəcəyini vurğuladı.