Avq 08, 2017 13:22 Asia/Baku
  • Laricani: İranı təcrid etmək səyləri nəticə vermədi
    Laricani: İranı təcrid etmək səyləri nəticə vermədi

İranın İslami Şura Məclisinin sədri Prezident Həsən Ruhaninin andiçmə mərasimində xarici qonaqların geniş iştirakına toxunaraq deyib: Bu iştirak Amerika və bəzi ölkələrin İranı təcrid etmək cəhdlərinin nəticəsiz qaldığını göstərdi.

İRİB-in verdiyi məlumata görə, İranın İslami Şura Məclisinin sədri Əli Laricani parlamentin bu günkü iclasında İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirakına görə xarici qonaqlara öz təşəkkürünü bildirərək  deyib: Andiçmə mərasimində 105 ölkədən 130 nəfər yüksək səviyyəli rəsmi və ümumiyyətlə 500 xarici qonaq iştirak etmişdi və bu dövlətlərin İrana qarşı məkirli planlara etinasız olduqları və İranla maraqlandıqlarını göstərir. 

Laricani ABŞ və bəzi ölkələrin İranı təcrid etmək üçün milyardlar dollar vəsayit xərclədiklərini xatırladaraq deyib: Andiçmə mərasimində xarici qonalqrın iştirakı onların İran ilə ticarət əlaqələrində maraqlı olduqlarını göstərərək qərbin İranı təcrid etmək planını nakam qoydu. 

Laricani deyib: Andiçmə mərasimində Latın Amerika, Asiya, Avropa, islam dünyası, qonşu ölkələr və önəmli beynəlxalq qurumların nümayəndələri iştirak etdilər və bu da İran İslam Respublikası dövləti və xalqına dəstəyin sadəcə regiona məhdudlaşmadığını göstərdi. 

Teqlər