Avq 08, 2017 17:55 Asia/Baku
  • İranda 12-ci hökumətin Nazirlər Kabineti üzvlərinin adları İslam Şurası Məclisinə təqdim edildi
    İranda 12-ci hökumətin Nazirlər Kabineti üzvlərinin adları İslam Şurası Məclisinə təqdim edildi

İran İslam Respublikası prezidenti çərşənbə axşamı İran İslam Şurası Məclisinə ünvanladığı məktubda 12-ci hökumətin Nazirlər Kabinetinin üzvlərinin adlarını elan edib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani ölkə konstitusiyasının 133-cü bəndini icra edərək, etimad səsi almaları üçün yeni nazirlərin adlarını İslam Şurası Məclisinə təqdim edib.

Məhəmməd Cavad Zərif xarici işlər naziri, Əmir Hatəmi müdafiə və silahlı qüvvələrə dəstək naziri, Bijən Zəngənə neft naziri, Əbdürrza Rəhmani Fəzli daxili işlər naziri və Seyid Mahmud Ələvi təhlükəsizlik naziri olaraq təklif edilib.

Məhəmməd Cavad Azəri Cəhromi rabitə və informasiya naziri, Məsud Kərbasyan iqtisadiyyat və maliyyə naziri, Məhəmməd Bəthayi təhsil naziri, Həsən Qazızadə Haşimi səhiyyə naziri, Əli Rəbiyi kooperasiya, əmək və sosial rifah naziri, Mahmud Höccəti kənd təsərrüfatı naziri, Seyid Əlirza Avayi ədliyyə naziri, Abbas Axundi yol və şəhərsalma naziri, Məhəmməd Şəriətmədari sənaye, mədən və ticarət naziri, Seyid Abbas Salehi mədəniyyət və islami irşad naziri, Həbibullah Bitərəf enerji naziri və Məsud Sultanifər idman və gənclər naziri olaraq adları İslam Şurası Məclisinə təqdim edilən digər şəxslərdirlər.

Elm, təhqiqat və texnologiyalar nazirinin adı isə daha sonra elan olunacaq.

Hal hazırda İranda 18 nazirlik var.

 

Teqlər