İran Mərkəzi Asiya ölkələri ilə mədəni əlaqələrin inkişafına üstünlük verir
-
İran Mərkəzi Asiya ölkələri ilə mədəni əlaqələrin inkişafına üstünlük verir
İranın islami mədəniyyət və irşad naziri deyib ki, qonşu və region ölkələri, xüsusən Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrin inkişafı İran üçün prioritet sayılır.
İranın islami mədəniyyət və irşad naziri Reza Salehi Əmiri dünən gecə Qazaxıstanın mədəniyyət, turizm, idman və gənclər naziri Aristanbek Muhameduli ilə görüşdən sonra IRIB-lə müsahibədə əlavə edib ki, Qazaxıstan Mərkəzi Asiyada böyük ölkə olaraq, İranla geniş əlaqələrə malikdir və iki ölkənin iradəsi əlaqələrin iqtisadi, siyasi, ictimai və mədəni sahələrdə inkişafına köklənib.
Qazaxıstanın mədəniyyət, turizm, idman və gənclər naziri Aristanbek Muhameduli də bu görüşdən sonra İranla mədəni həmkarlıqdan razılıq edərək, deyib ki, iranlı tərəflə müzakirələrdə kino, teatr və ədəbiyyat sahələrində, həmçinin müştərək sərgilərin keçirilməsi sahəsində konkret addımlar ata bildik.