Avq 10, 2017 18:07 Asia/Baku
  • Tehran-Astana əlaqələri genişlənir
    Tehran-Astana əlaqələri genişlənir

İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri İran ilə Qazaxıstan arasında mədəniyyət müqaviləsinin imzalanmasından sonra Tehranda müxbirlərə belə deyib: Bu mədəniyyət müqaviləsinin imzalanması iki ölkə əlaqələrinin dərinləşməsində təsirli olacaqdır.

İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Abuzər Ebrahimi Torkəman bu gün vurğulayıb ki, İran və Qazaxıstan dövlətləri imzalanmış razılaşmanın icrası üçün lazımi büdcələr və tədbirlər nəzərdə tutacaqlar.

O, sonra deyib: Bu razılaşma iki ölkə arasında mədəniyyət mübadilələri sahəsində qarşıdakı bir neçə il üçün icra proqramına malikdir.

Qazaxıstanın mədəniyyət, turizm və idman naziri Aristanbek Muxameduli də müxbirlərə deyib: İranla mədəniyyət müqaviləsinin imzalanması Tehran və Astananın idman, incəsənət və mədəniyyət həmkarlıqları səviyyəsinin artırılması üçün yaxşı fürsətdir.

29 bənddən ibarət olan bu mədəniyyət razılaşması iki günlük müzakirələrdən sonra bu gün İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Abuzər Ebrahimi Torkəman ilə Qazaxıstanın mədəniyyət, turizm və idman naziri Aristanbek Muxameduli tərəfindən imzalanıb.

Bu müqavilənin imzalanması ilə iki ölkə arasında mədəni şəxsiyyətlər və əlyazmalar mübadilə olunacaq, mədəniyyət həftələri, fotoqalereya və sərgilər keçiriləcək, həmçinin kino, teatr və musiqi sahələrində həmkarlıqlar həyata keçiriləcəkdir.

Teqlər