Avq 14, 2017 18:17 Asia/Baku
  • Mohsen Rezayi
    Mohsen Rezayi

İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının katibi deyib: İraqın Mosul və Suriyanın Hələb şəhərlərinin azad edilməsi İŞİD terror qrupunun tam şəkildə dağılmasının nişanəsidir və bu qrup heç vaxt özünün əvvəlki qüdrətinə qayıtmayacaqdır.

İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının katibi Mohsen Rezayi bu gün Tehranda şəhid Mohsen Hocəcinin anım mərasiminin kənarında müxbirlər qarşısında deyib: İŞİD terror qrupu yolun sonundadır və dağılmaqdan qurtarmaq üçün özünü dağa-daşa vurur.

İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının katibi regionun gələcəyi və onun olayları barədə belə əlavə edib: Bu hadisələr Amerikanın regiondan geri çəkilməsinə səbəb olacaqdır.

Rezayi həmçinin İŞİD terror qrupunun İrana qarşı cinayətlərinə toxunaraq, söyləyib: İran xalqı dəfərlə göstəribdir ki, insani dəyərləin müdafiəsində birinci xalqdır və bu iftixarı öz tarixində qeydə aldırıbdır.

Hərəm müdafiəçisi şəhid Mohsen Hocəci ötən həftə İŞİD terror qrupu tərəfindən əsir alındıqdan sonra şəhid edilib.

Teqlər