Sepah ABŞ-ın iddiasına reaksiya verdi
-
Sepah ABŞ-ın iddiasına reaksiya verdi
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Fars körfəzində yerləşən Pilotsuz Uçan Aparatlar bölməsi bildirib: İranın hava zolağına nəzarət çərçivəsində pilotsuz uçan aparatların reydləri diqqətlə və əcnəbi qüvvələrin psixoloji hərəkətlərinə diqqət yetirilmədən davam edəcək.
İRNA-nın məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Fars körfəzində yerləşən Pilotsuz Uçan Aparatlar bölməsi bazar ertəsi günü ABŞ ordusu hərbi dəniz donanmasının sözçüsünün İran PUA-sının Fars körfəzində Nimitz təyyarədaşıyan gəmisinə yaxınlaşması haqda bəyanatına reaksiyada bildirib: İranın havadan müdafiəsinə nəzarət çərçivəsində hava reydlərimiz təbii və gündəlik şəkildə və qanunlara riayət olunaraq icra edilir.
Sepah İranın pilotsuz uçan aparatının təhlükəli hesab olunmasına dair amerikalıların iddiasını əsassız adlandırıb və əlavə edib: Keşikçilər Korpusu Sepahın PUA-ları standartlara cavab verir, onların idarə olunması da dəqiq və peşəkar şəkildə həyata keçirilir, amerikalıların iddiası isə onların sistemlərinin zəifliyi və ya təxribatından qaynaqlanır.
Sepahın Fars körfəzində yerləşən Pilotsuz Uçan Aparatlar bölməsinin ictimai əlaqələr şöbəsi bildirib: Sepahın PUA reydləri tapşırıqlar əsasında, diqqətlə, davamlı şəkildə, İran İslam Respublikası sərhədlərinin qorunması çərçivəsində və əcnəbi qüvvələrin Fars körfəzindəki psixoloji hərəkətlərinə diqqət yetirilmədən davam edəcək.
ABŞ Hərbi Dəniz Donanması sözçüsü İan MakKanafi bazar ertəsi günü bir bəyanatda iddia edib ki, İranın bir ədəd pilotsuz uçan aparatı bazar günü gecə ABŞ-ın Nimitz təyyarədaşıyan gəmisinin 300 metrliyində uçub.
İran İslam Respublikası xarici işlər naziri ABŞ rəsmilərinin İran və Amerika gəmilərinin Fars körfəzində qarşılaşması haqda iddialarına cavab olaraq bildirmişdi ki, İranın hərbi dəniz və hava qüvvələri Fars körfəzində öz sularında tapşırıqlarını yerinə yetirir. Lakin belə bir sual yaranır ki, ABŞ hərbi dəniz donanması ölkəsindən 7500 mil uzaqda nə edir?