Amerika başçılarından İrana qarşı yeni iddia
https://azeri.sahartv.ir/news/İran-i279862-amerika_başçılarından_İrana_qarşı_yeni_iddia
ABŞ Dövlət Departamentinin sözçüsü dünən iddia edib ki, İran nüvə anlaşmasına sadiq deyil.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Avq 16, 2017 05:14 Asia/Baku
  • Amerika başçılarından İrana qarşı yeni iddia

ABŞ Dövlət Departamentinin sözçüsü dünən iddia edib ki, İran nüvə anlaşmasına sadiq deyil.

ABŞ Dövlət Departamentinin sözçüsü Hiser Nauert gülünc bir iddiada Amerikanın nüvə anlaşmasına vəfalı olduğunu bildirib və amerikalı rəsmilərin İrana qarşı ədavətli ifadələrinin davamında vurğulayıb ki, Tramp dövləti İranla mübarizəyə sadiqdir.

ABŞ-ın dövlət katibi Reks Tillerson da dünən deyib ki, İran öz raket proqramını davam etdirərək, nüvə anlaşmasının ruhunu pozubdur.

ABŞ Dövlət Departamentinin sözçüsü və Amerika dövlət katibinin nüvə anlaşmasının İran tərəfindən pozulması barədəki iddiaları elə bir halda irəli sürülür ki, MAQATE-dən əlavə, BMT-nin Təhlükəsizlik Şurası, Tillerson və ABŞ-ın digər rəsmiləri də dəfələrlə İranın nüvə anlaşmasına sadiq qaldığını etiraf ediblər.