Avq 16, 2017 12:59 Asia/Baku
  • İİR Silahlı Qüvvələrinin Baş Qərargahı azadələrin İrana daxil olmalarının ildönümü gününü əziz tutub

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bir bəyanatda azadələrin İrana daxil olmalarının ildönümü gününü əziz tutub.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün bu bəyanatda İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in çağırışına ləbbeyk deməyi azadələrin İraqın keçmiş diktatoru Səddamın bəəs rejiminin əsirliyində olan dövrdəki çətinliklər və işgəncələr qarşısında durmalarının rəmzi adlandırıb.

Bəyanatda deyilir: Avqustun 17-i, İslam döyüşçülərinin İraqın bəəs rejimi ilə müharibədə regional, şərq və qərb düşmənləri qarşısında durmaları nailiyyətlərinin xatırlanması üçün dəyərli bir fürsətdir ki, Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında, İran xalqının birliyi sayəsində, eləcə də iman, iradə və özünəinam qüvvəsilə İranın qəhrəmanlıq tarixində saysız-hesabsız qələbələr yaratdı.

1990-cı ilin avqustunda İran, İraqın bəəs rejiminin dəhşətli məhbəsləri və əsir düşərgələrində illər boyu əsirlikdən sonra İrana daxil olmuş baçıuca azadələrin iştirakının şahidi oldu.

Teqlər