Avq 18, 2017 14:32 Asia/Baku
  • Tehranın müvəqqəti imam cüməsi: Dünya üzrə insan haqlarının pozulmasında ABŞ öncüldür

Tehranın müvəqqəti imam cüməsi Amerikada irqçilərin törətdikləri son cinayətə toxunaraq deyib: ABŞ insan haqlarının ayaq altına salınmasında birinci yerdə durur və bu ölkə rəhbərləri başqa ölkələrdə insan haqlarının durumu ilə bağlı fikir bildirməkdən utanmalıdırlar.

Ayətullah Seyid Əhməd Xatəmi Tehranın bu həftəki cümə namazı xütbələrində deyib: ABŞ prezidenti Donald Tramp öz hərəkətləri ilə irqçilərin törətdikləri əməllərə dəstək verir.

Ayətullah Xatəmi həmçinin Əfqanıstan və Barselonada terrorçu qrupların törətdikləri cinayətləri pisləyərək deyib: İŞİD başda olmaqla terrorçu qruplar Amerikanın yetişdirmələridir və qərb ölkələrinin xalqları terrorçuların cinayətlərindən xilas olmaq üçün öz dövlətlərindən terrorçulara dəstək verməməmələrini tələb etməlidirlər.

Tehranın müvəqqəti imam cüməsi həmçinin şəhid Möhsün Hücəcinin xatirəsini əziz tutaraq deyib: Hərəm müdafiəçisi olan bu şəhid islam inqilabının yetişdirməsidir və onun şəhadəti iranlı gənclərin islam inqilabının amallarını müdafiə sahəsində 1979-cı ildə islam inqilabının əvəllərində olduğu kimi böyük stimula malik olduqlarını isbatladı.

Ayətullah Xatəmi islam inqilabının keşiçkiləri korpusunun Möhsün Hücəcinin şəhadətinin inqitamını İŞİD-dən alacağına dair bəyanatını yüksək qiymətləndirərək deyib: İslam inqilabının keşikçiləri korpusu mütləq intiqam alacaq ona görə ki, mülkiyə qarşı misli gönünməmiş cinayətlər törədən İŞİD-in məhv edilməzi vacibdir.

Tehranın müvəqqəti imam cüməsi həmçinin İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təklif etdiyi nazirlərin şəxsiyyətinin İslami Şura Məclisində araşdırılması prossesinə toxunaraq deyib: 12-ci hökumət din, mənəviyyət , dəyərlər və xalqa xidmət üçün bütün gücünü səfərbər etməlidir.

Teqlər