Avq 20, 2017 14:14 Asia/Baku
  • İİR İŞM Ruhaninin təklif etdiyi 16 nazirə etimad səsi verib
    İİR İŞM Ruhaninin təklif etdiyi 16 nazirə etimad səsi verib

İran İslam Şurası Məclisinin üzvləri İran prezidentinin təklif etdiyi 17 nazirdən 16-a etimad səsi veriblər.

Abbas Axundi yol və şəhərsalma naziri olmaq üçün 188, Məsud Soltanifər idman və gənclər naziri olmaq üçün 225, Əbdorreza Rəhmani Fəzli daxili işlər naziri vəzifəsində çalışmaq üçün 250, Məhəmməd Cavad Zərif xarici işlər naziri olmaq üçün 236 və Bijən Namdar Zəngənə neft naziri vəzifəsində çalışmaq üçün 230 səslə etimad səsi qazanıblar.

İran parlamentinin üzvləri sonra ədliyyə naziri vəzifəsində çalışması üçün Əlireza Avayiyə 244 lehinə səs, Məsud Kərbasiyana iqtisadiyyat və maliyyə işləri naziri olması üçün 240 lehinə səs, Seyid Abbas Salehiyə islami mədəniyyət və irşad naziri olması üçün 242 lehinə səs, Məhəmməd Şəriətmədariyə sənaye, mədən və ticarət naziri vəzifəsində çalışması üçün 241 lehinə səs veriblər.

Seyid Mahmud Ələvi təhlükəsizlik naziri olmaq üçün 252 lehinə səs, Əli Rəbii kooperasiya, əmək və ictimai rifah naziri vəzifəsində çalışmaq üçün 191 lehinə səs, general-mayor Əmir Hatəmi müdafiə naziri olmaq üçün 261 lehinə səs olmaqla etimad səsi qazanıblar.

İran İslam Şurası Məclisinin üzvləri həmçinin kənd təssərüfatı naziri olması üçün Mahmud Höccətiyə 164, rabitə və informasiya texnologiyası naziri olması üçün Məhəmməd Cavad Azəri Cəhromiyə 152, səhiyyə naziri vəzifəsində çalışması üçün Seyid Həsən Qazizadə Haşemiyə 253, təhsil naziri olması üçün Məhəmməd Əbtəhiyə 238 lehinə səs veriblər.

Həbibullah Bitərəf energetika naziri olmaq üçün etimad səsi qazana bilməyibdir. Belə ki, o, 133 lehinə, 132 əleyhinə, 17 bitərəf və 6 ləğv olunmuş səsə malik olubdur. 

Teqlər