Nazirlər kabinetinin üzvləri and içiblər
https://azeri.sahartv.ir/news/İran-i280356-nazirlər_kabinetinin_üzvləri_and_içiblər
İran İslam Respublikasının 12-ci hökumətinin üzvləri Qurani-Kərim qarşısında Allah Taalaya and içiblər ki, vəzifədə olduqları müddətdə islam əhkamı, İran İslam Respublikasının prinsipləri, milli mənafe, xalqın səsi və hökumətin əxlaqi bəyannaməsinə sadiq qalacaqlar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Avq 21, 2017 04:43 Asia/Baku
  • Nazirlər kabinetinin üzvləri and içiblər
    Nazirlər kabinetinin üzvləri and içiblər

İran İslam Respublikasının 12-ci hökumətinin üzvləri Qurani-Kərim qarşısında Allah Taalaya and içiblər ki, vəzifədə olduqları müddətdə islam əhkamı, İran İslam Respublikasının prinsipləri, milli mənafe, xalqın səsi və hökumətin əxlaqi bəyannaməsinə sadiq qalacaqlar.

Bu mərasim dünən günortadan sonra 12-ci hökumətin nazirlər kabinetinin ilk iclasında keçirilib. 

Prezident Həsən ruhaninin təklif etdiyi nazirlərin şəxsiyyətinə baxılması prosesi ötən həftə çərşənbə axşamı günündən başlandı və dünən nazirlərə etimad səsinin verilməsi ilə yekunlaşdı. 

2017-ci il 19 mayda İran və 102 ölkədə keçirilən 12-ci prezident seçkilərində Həsən Ruhani 23 milyonun üstündə səs qazanaraq növbəti prezident seçildi. 

İranlıların bu seçkilərdə iştirakı geniş idi və məhz buna görə seçkilərin vaxtı 4 dəfə uzadıldı.