Avq 21, 2017 18:09 Asia/Baku
  • Caberi-Ənsari və Nəbih Berri Livan olayları barədə məşvərət ediblər
    Caberi-Ənsari və Nəbih Berri Livan olayları barədə məşvərət ediblər

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Beyrutda Livan məclisinin sədri ilə görüşərək, onunla regional məsələlər, Livan olayları və ikitərəfli həmkarlıqlar barədə danışıbdır.

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hoseyn Caberi Ənsari bu gün Livan məclisinin sədri Nəbih Berri ilə görüşdə Livanın sionist rejimin işğalçılığı və terrorizmlə mübarizədəki rolunu yüksək dəyərləndirib.

Caberi Ənsari həmçinin İmam Musa Sədrin Livanın tayfaları və məzhəblərinın dinc yanaşı yaşamaları və sionist işğal qarşısında müqavimətin əsasının qoyulması sahəsindəki rolunu xatırladaraq, Suriya böhranının həlli üzrə Astana müzakirələri prosesi ilə bağlı son olaylar və regional məsələlər barədə məlumat təqdim edib.

O, habelə iqtisadi diplomatiya sahəsində fəaliyyətin artması və regional əməkdaşlıqların genişləndirilməsinə əsaslanan yeni dövrdə Livanın İranın Xarici İşlər Nazirliyinin prioritetindəki özəl yerinə təkid edib.

Livan məclisinin sədri Nəbih Berri də bu görüşdə iki ölkə əməkdaşlıqlarının genişləndirilməsini zəruri sayıb və region ölkələrinin bölünməsi və parçalanması təhlükəsinə toxunaraq, bu məsələnin reallaşmasının qarşısının alınması üçün daha artıq regional həmkarlığı istəyibdir.

Teqlər