Avq 22, 2017 16:52 Asia/Baku
  • Cabiri Ənsari: Fələstinin region xalqlar və dövlətlərinin dəstəyinə ehtiyacı var
    Cabiri Ənsari: Fələstinin region xalqlar və dövlətlərinin dəstəyinə ehtiyacı var

İranın xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini deyib: Fələstini xalqı yeni intifazə ilə təkbaşına sionist rejimlə qarşı-qarşıyadır və region xalqları və dövlətlərinin himayəsinə daha çox ehtiyaclıdır.

Hüseyn Cabiri Ənsari bu gün Beyrutda Livan rəsmiləri ilə görüşündə Fələstin məsələsinə diqqətin ərəb və müsəlman ümmət üçün prioritet təşkil etdiyini və zərurət daşıdığını bildirərək deyib: Regionda toqquşmaların davam etməsi sadəcə sionist rejimin və terrorçu və təkfirçi qrupların xeyirinədir. 

Cabiri Ənsari İranın siyasətinin region ölkələri arasında ixtilaflar və kənar qarşıdurmalara müdaxilə etməməkdən ibarət olduğunu bildirərək deyib: İran üçün sionist işğalçılarla qarşıdurma həmişə prioritet təşkil edir. 

İİR xarici işlər nazirinin müavini Livanda müxtəlif tayfalar və partiyaların mövcud olmasına rəğmən bu ölkədə daxili vəhdət və anlaşma ruhunu yüksək qiymətləndirərək deyib: Bu dinc yanaşı yaşamaq əhval ruhiyyəsi regionda anlaşmanın əldə olunması və cari böhranların həllində nümunə götürülə bilər. 

Livan parlamentinin keçmiş vitse spikeri İli Ferzli və livanlı partiyaları təmsil edərək Cabiri Ənsari ilə götüşdə iştirak edən Nasiri xalq təşkilatının baş katibi Osama Səd İranın Livana dəstəkdəki əvəzedilməz rolunu yüksək qiymətləndirərək Livan ilə İran arasında əməkdaşlıqların genişləndirilməsi və iki xalq arasında əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. 

İranın xarici işlər nazirinin müavini ilə görüşdə livanlı partiyaların nümayəndələri, dövlət rəsmiləri, tanınmış simalardan ibarət 50 nəfər iştirak edib. Bunlar müqaviməti dəstəkləyən müxtəlif siyasi görüşlər və partiyaları təmsil edirlər. 

İranın XİN rəhbərinin müavini Hüseyn Cabiri Ənsari dünən Livanın siyasi və dini rəhbərləri ilə götüş məqsədi ilə Beyruta səfər etmişdir. 

Teqlər