Avq 25, 2017 11:58 Asia/Baku
  • Qasemi: Ali-Xəlifə günahı başqasının boynuna yıxmağı kənara qoysun
    Qasemi: Ali-Xəlifə günahı başqasının boynuna yıxmağı kənara qoysun

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ali-Xəlifə rejiminin İrana qarşı iddiasını rədd edərək, bu rejimin başçılarına tövsiyə edibdir ki, günahı başqasının boynuna yıxmağı və bu ölkədəki xalq etirazlarını yayındırmaq cəhdini kənara qoysunlar.

Bəhram Qasemi bu gün Bəhreyn daxili işlər nazirliyinin bu ölkənin daxili problemlərində İran orqanlarının müdaxiləsi və əlaqəsinin olmasına dair yeni iddiasını rədd edərək, bütün bu iddiaları əsassız və gülünc adlandırıb və belə deyib: İran İslam Respublikası heç vaxt Bəhreyn daxil olmaqla qonşu ölkələrdə səbatsızlaşdırıcı hərəkətlərə və zorakılığa rəvac verməyib.

Qasemi əlavə edib: İnsan haqları təşkilatlarının Ali-Xəlifə rejiminin məhbəslərində bəhreynli etirazçıların işgəncə olunmaları barədəki ifşaçılıqları ilə bir zamanda bir daha bu rejim isbatolunmaz, yalan və nalayiq iddialar və günahı başqasının boynuna yıxmağa üz tutubdur.

Bəhreyn 2011-ci ilin 14 fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.

Teqlər