Rusiya İranla neft sahəsində əməkdaşlığa hazırdır
Avq 29, 2017 13:14 Asia/Baku
-
Rusiya İranla neft sahəsində əməkdaşlığa hazırdır
İranın neft nazirinin müavini Rusiyanın Rosneft şirkətinin neft yataqlarının inkişafı və xam neftin Suapı sahələrində İranla əməkdaşlığa hazır olduğunu bildirib.
Əmir Hüseyn Zəmaniniya bu gün Tehranda Rosneft şirkətinin ticarət bölməsinin sədr müavini Otabek Kərimov ilə görüşündən sonra deyib: Rosneft İran ilə neft suapında maraqlıdır və bunun üçün hazır olduğunu deyib.
Zəmaniniya deyib: Rosneft şirkəti Yaran, Marun, Kupal və Azadeqan neft yataqlarının inkişafı layihələrində iştirak etməkdə maraqlıdır.
Rosneft dünyada xam neft və neft məmulatları istehsal edən birinci dövlət şirkətidir . Bu şirkətin Rusiya neft istehsalında payı 40.06 faiz təşkil edir.
Teqlər