İran və Rusiya arasında hərbi müzakirə
https://azeri.sahartv.ir/news/İran-i281132-İran_və_rusiya_arasında_hərbi_müzakirə
İran İslam Respublikası və Rusiya Federasiyasının müdafiə nazirlərinin müavinləri General Nəsrullah Kəlantəri və General Aleksandr Fumin Moskvada hərbi-texniki əməkdaşlıqların perspektivi və tərəfləri maraqlandıran məsələləri müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2017 04:34 Asia/Baku
  • İran və Rusiya arasında hərbi müzakirə
    İran və Rusiya arasında hərbi müzakirə

İran İslam Respublikası və Rusiya Federasiyasının müdafiə nazirlərinin müavinləri General Nəsrullah Kəlantəri və General Aleksandr Fumin Moskvada hərbi-texniki əməkdaşlıqların perspektivi və tərəfləri maraqlandıran məsələləri müzakirə ediblər.

Rusiyanın Müdafiə Nazirliyinin informasiya idarəsi bildirib: İranın müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müavini Moskvaya səfərində dünən General Aleksandr Fomin ilə regional və təhlükəsizlik məsələlərini müzakirə edib.

İran və Rusiya müdafiə nazirlərinin müavinləri bu görüşdə bildiriblər: İki tərəf arasında təmasların artması xüsusi əhəmiyyətə malikdir və Moskva müzakirələri müştərək əməkdaşlıqların genişlənməsinə təkan verəcək. 

Rusiyanın Müdafiə Naizlriyinin informasiya idarəsi bildirib: General Nəsrullah Kəlantəri və General Aleksandr Fomin arasında müzakirələr İran və Rusiyanın əməkdaşlıqların genişləndirilməsinə hazır olduğunu göstərir. 

İran və Rusiya son illər ərzində hərbi və siyasi sahələrdə əməkdaşlıqları genişləndiriblər və bu çərçivədə Suriyada müştərək əməkdaşlıqlara malikdirlər.