Myanmada müsəlmanlara qarşı cinayətlər durdurulmalıdır
Sen 05, 2017 20:58 Asia/Baku
-
Myanmada müsəlmanlara qarşı cinayətlər durdurulmalıdır
İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Myanmada buddistlərin beynəlxalq mərkəzi olan Sitaqonun sədrinə ünvanladığı məktubda Myanma müsəlmanlarına qarşı zorakılıqların durdurulmasını istəyib.
İRİB-nin verdiyi məlumata görə, Əbuzər İbrahimi Türkəman Myanma Buddistləri Beynəlxalq Mərkəzi Sitaqonun sədri Aşin Nyanissara göndərdiyi məktubda deyib: Zoralılıqlar və ifratçılıqlar dini inanclar ilə əlaqələndirildikdə təəssüfləndirici və nigaranlıq doğuran hala çevrilir.
Qum dini elmlər mədrəsələri cəmiyyəti də bir bəyanat yayaraq, Myanmada müsəlmanlara qarşı zorakılıqları qınayıb.