Şəmxani: Terrorizm üzərindəki ardıcıl qələbələr region üçün aydın gələcəkdən xəbər verir
Sen 05, 2017 20:59 Asia/Baku
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi: Suriya və İraqda terrorçulara qarşı savaşda ardıcıl uğurların əldə edilməsi və strateji əhəmiyyətli məntəqələrin bir-bir azad olunması region üçün aydın, təhlükəsiz və səbatlı gələcəkdən müjdə verir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani çərşənbə axşamı Suriyanın Milli Təhlükəsizlik Təşkilatının başçısı Əli Məmluka ünvanladığı müraciətdə Deyrəzzurun mühasirəsinin yarılması münasibəti ilə onu təbrik edib və deyib: Hələb, Deyrəzzur, Mosul və Təll Əfərin azad edilməsi İŞİD-in sonunu qətiləşdirmiş olacaq. Bu da terrorçular və onları himayə edənlərin məğlubiyyətinin yaxın olduğundan xəbər verir.