İran seçmə turunu bərabərliklə bitirdi
Futbol üzrə 2018 Dünya Çempionatının seçmə turunda İranın yığma komandası Suriya ilə qarşılaşıb və 2:2 bərabərliklə razılaşıb.
Sona iki tur qalmış dünya çempionatına vəsiqəni təmin edən İran yığması son turda Suriya yığması ilə qarşılaşıb. A qrupunda 13 xal toplayan Suriya yığması qol fərqinə görə, üçüncü yeri tutub və play-off-a vəsiqə qazanıb.
Suriya yığması play-off mərhələsində B qrupunun üçüncü komandası Avstraliya yığması ilə qarşılaşacaq.
Eyni zamanda baş tutan görüşdə Özbəkistan və Cənubi Koreya matçında qapılara qol vurulmayıb və Cənubi Koreya 15 xalla A qrupunun ikinci komandası kimi Dünya Çempionatına vəsiqə qazanıb.
İranın yığma komandası 2018 Dünya Çempionatının seçmə turunda keçirilən 10 oyunda 6 qələbə, dörd bərabərlik, 22 xalla qrup lideri olub.
İran yığması həmçinin 9 matçda qapısının toxunulmazlığını qoruyaraq tarixi rekorda imza atıb.
Futbol üzrə 2018 Dünya Çempionatı 14 iyun-15 iyul arasında Rusiyada keçiriləcək.