Sen 06, 2017 19:59 Asia/Baku
  • İranın Şərif Universitetinin müəllimləri BMT-yə məktub ünvanladı

İranın Şərif Sənaye Universitetinin müəllimləri BMT baş katibinə ünvanlanan məktubda Myanma müsəlmanlarının ağır və acınacaqlı vəziyyətindən nigaranlıq edərək bu təşkilatın Ruhingiya müsəlmanlarına diqqət ayırmasını istəyiblər.

İRNA-nın məlumatına görə, İranın Şərif Sənaye Universitetinin 96 müəlliminin BMT baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Myanma ordusunun Ruhingiya müsəlmanları əleyhinə cinayətkar və acı əməllərinin cəhətlərinə toxunulub: Ruhingiya müsəlmanlarının başına gətirilənlər mütəşəkkil etnik təmizləmə və bəşəriyyət əleyhinə cinayətdən başqa bir şey deyil.

İranın Şərif Sənaye Universitetinin müəllimləri ümidvarlıq ediblər ki, BMT dünya ictimaiyyəti ilə birlikdə bu dəhşətli insan faciəsinə son qoyacaq, Myanma müsəlmanlarının əzab-əziyyətini azaldacaq və didərgin düşən insanlara xarici humanitar yardımlar üçün tətbiq olunan məhdudiyyətlər qeyd-şərtsiz şəkildə ləğv olunacaq.

Teqlər