Xoşru: Hamı Myanmada faciənin qarşısını almağa səy göstərməlidir
-
Hamı Myanmada faciənin qarşısını almağa səy göstərməlidir
İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Myanma müsəlmanlarının acınacaqlı və təəssüfləndirici durumundan nigaranlıq ifadə edərək yaxın günlərdə müsəlman ölkələrin təmas qrupunun iclas keçirəcəyindən xəbər verib.
Qulaməli Xoşru bu gün İRNA ilə müsahibəsində Myanmada soyqırımın yeni mərhələsini pisləyib və deyib: Bütün ölkələr Myanmada insani faciənin qarşısını almağa səy göstərməlidirlər.
Avqustun 25-dən bəri Myanma ordusu Raxin vilayətində ruhinqa müsəlmanlarına qarşı yeni təcavüzkar hücumlarında mindən çox müsəlmanı qətliam edib və 400 min müsəlmanı didərgin salıb.
İİR-in BMT-dəki nümayəndəsi deyib: Ruhinqa müsəlmanları əsrlər boyu Myanmada yaşayır amma ən ilkin vətəndaşlıq hüququndan belə məhrum edilib.
Qulaməli Xoşru Myanma ordusu və onun himayədarlarının son günlərdə Raxin vilayətində minlərlə evi yandırdıqlarını, yüz minlərlə müsəlmanı dağlara və çöllərə saldıqlarını xatırladıb və deyib: İİR Myanmada insani faciənin qarşısını almaq üçün son günlərdə müsəlman ölkələrlə sız müzakirələr aparıb.
İranın BMT-dəki daimi nümayəndəsi həmin müzakirələr nəticəsində yaxın günlərdə müsəlman ölkələrin təmas qrupunun səfirlər və nazirlər səviyyəsində iclas keçirməsinin qərara alındığını bildirib və deyib: BMT də Baş Assambleya və müvafiq qurumlar vasitəsi ilə Myanma ordusu və buddistlərinin ruhinqa müsəlmanlarına qarşı cinayətlərinin davam etməsinə mane olmalıdır.
Qulaməli Xoşru Myanma müsəlmanlarının məcburi köçkün edilməsinin azadlıqsevər insanların vicdanını narahat etdiyini bildirib və deyib: Beynəlxalq ictimaiyyət belə bir duruma dözməməlidir.