Sen 07, 2017 16:51 Asia/Baku
  • Ayətullah Lütfullah Safi Qolpayiqani
    Ayətullah Lütfullah Safi Qolpayiqani

Böyük təqlid mərcələri, dini hövzələrin idarəetmə mərkəzi və İran xalqı məzlum Myanma müsəlmanlarının qırğın edilməsini pisləyib, beynəlxalq təşkilatlar və hüquq müdafiə qrumlarının bu insani faciə qarşısında susqunluğunu qınayıblar.

Böyük təqlid mərcələrindən olan Ayətullah Lütfullah Safi Qolpayiqani bu gün Myanma dövlətinin müsəlmanlara qarşı vəhşicəsinə cinayətlərini pisləyərək bildirib: Myanma müsəlmanlarının qırğınının pislənilməsi və dayandırılması üçün müsəlman dövlətlər xüsusiylə İran İslam Respublikası dövlətinin təcili və qətiyyətli təşəbbüsü zərurət daşıyır. 

Ayətullah Safi Qolpayiqani Myanmada müsəlman kişi, qadın, uşaq və gənclərin qətliamı qarşısında susmamağa təkid edərək, İslam Əməkdaşlıq Təşkilatını fövqəladə iclas keçirərək bu cinayətlərlə qarşılaşmaq və ona son qoymaq üçün qətiyyətli qərar çıxarmağa çağırıb. 

İranın dini hövzələrinin idarəetmə mərkəzi də bir bəyanat yayaraq bildirib: Myanmada pənahsı müsəlmanların qanlı qırğını və rəhimsiz faciəsi insan haqları iddiaçılarının alnına rüsvayçı ləkədir. 

Eyni zamanda Tehran və digər şəhərlərdə iranlı namaz qılanlar sabah cümə namazından sonra yürüş keçirərək Myanma müsəlmanlarının qırğın edilməsini pisləyəcək və bu ölkənin müsəlmanlarına dəstək nümayiş etdirəcək. 

İranda namaz qılanlar həmçinin beynəlxalq ictimaiyyətin və insan haqlarını müdafiə iddiasında olan ölkələrin Myanma müsəlmanları qarşısında susqunluğunu pisləyəcəklər. 

Teqlər