Zərif: Beynəlxalq ictimaiyyət ruhinqa müsəlmanlarının qətliamına son qoysun
https://azeri.sahartv.ir/news/İran-i281553-zərif_beynəlxalq_ictimaiyyət_ruhinqa_müsəlmanlarının_qətliamına_son_qoysun
İran İslam Respublikası xarici işlər naziri beynəlxalq ictimaiyyəti Myanmada ruhinqa müsəlmanlarının soyqırımına son qoymağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2017 14:30 Asia/Baku
  • Zərif: Beynəlxalq ictimaiyyət ruhinqa müsəlmanlarının qətliamına son qoysun
    Zərif: Beynəlxalq ictimaiyyət ruhinqa müsəlmanlarının qətliamına son qoysun

İran İslam Respublikası xarici işlər naziri beynəlxalq ictimaiyyəti Myanmada ruhinqa müsəlmanlarının soyqırımına son qoymağa çağırıb.

İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif bu gün Tvitter səhifəsində yazıb: Beynəlxalq ictimaiyyətin hamının gözü önündə ruhinqa müsəlmanlarının soyqırımına icazə verməsi heç cur əsaslandırılası deyil . 

İİR xarici işlər naziri bildirib: Çox gecikmədən beynəlxalq ictimaiyyət Myanmada ruhinqa müsəlmanlarını himayə üçün təşəbbüs göstərməlidir. 

Myanma ordusunun Raxin vilayətində ruhinqa müsəlmanlarına qarşı yeni hücumlarında 400 müsəlman öldürülüb. 

BMT rəsmiləri bildiriblər ki, Myanmada müsəlmanlara qarşı zorakılıqların arması nəticəsində 164 min müsəlman son iki həftə ərzində Banqladeşə qaçıb.

Myanmada müsəlmanlar vətəndaş hüququndan belə məhrum ediliblər.