İranın Ruhinqa müsəlmanlarına yardımı göndərilməyə hazırdır
https://azeri.sahartv.ir/news/İran-i281617-İranın_ruhinqa_müsəlmanlarına_yardımı_göndərilməyə_hazırdır
İran İslam Respublikası xarici işlər nazirinin müavini İranın Ruhinqa müsəlmanlarına yardımının göndərilməyə hazır olduğunu bildirərək, deyib ki, Tehran Myanma müsəlmanları üçün yeni imkanların yaradılmasına çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2017 04:20 Asia/Baku
  • İranın Ruhinqa müsəlmanlarına yardımı göndərilməyə hazırdır

İran İslam Respublikası xarici işlər nazirinin müavini İranın Ruhinqa müsəlmanlarına yardımının göndərilməyə hazır olduğunu bildirərək, deyib ki, Tehran Myanma müsəlmanları üçün yeni imkanların yaradılmasına çalışır.

İbrahim Rəhimpur dünən gecə deyib: İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT baş katibinə məktub hazırlayıbdır ki, bu məsələ BMT Baş Assambleyasınn gələn həftə keçiriləcək sessiyasında qaldırılsın.

İran İslam Respublikası xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini əlavə edib: Gələn həftə İran İslam Respublikası prezidenti də Qazaxıstana edəcəyi səfər zamanı bu barədə həmin ölkənin və digər ölkələrin rəsmilərilə danışıqlar aparacaq.