Sen 08, 2017 09:36 Asia/Baku
  • Sepah Myanmada müsəlmanlara qarşı qırğını pisləyib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bir bəyanatda Myanmada müsəlmanlara qarşı cinayətləri pisləyərək, Ruhinqa müsəlmanlarının məzlumluq fəryadının dünya xalqlarına çatdırılmasını İslam Ümməti və təsirli beynəlxalq orqanların böyük missiyası olduğunu bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın bəyanatında deyilir: Myanma ordusu və radikal buddist qrupların müsəlmanlara qarşı cinayətləri mütəşəkkil anti-İslam fitnəsindən xəbər verir ki, dayandırılmayacağı təqdirdə, bəşəriyyət tarixində başqa bir böyük soyqırıma səbəb olacaqdır.

Bəyanatda sonra deyilir: Ruhinqa müsəlmanlarının soyqırımı qarşısında təsirsiz beynəlxalq reaksiyalar, insan haqları üzrə beynəlxalq təşkilatların ölümcül sükutu, eləcə də bu kimi cinayətlərin amilləri ilə ciddi mübarizə üçün güclü bir cəbhə və birliyin olmaması bəşəriyyət üçün böyük bir böhran sayılır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah həmçinin İranın müsəlman və inqilabçı xalqının müxtəlif təbəqələrini və digər islami xalqları Myanmada müsəlmanların qırğın edilmələri əleyhinə təsirli beynəlxalq etiraz yaratmağa çağırıb.

Teqlər