Sen 08, 2017 10:13 Asia/Baku
  • Xoşru: Myanma müsəlmanları ifratçılığın qurbanı olurlar

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi BMT nizamnaməsinin əsasında sülh mədəniyyətinin durduğunu vurğulayaraq deyib: Bu mövzu bu təşkilatın fəaliyyətlərinin diqqət mərkəzində durmalıdır.

Qulaməli Xoşru dünən BMT-nin "Sülh mədəniyyəti" mövzusnda keçirilən iclasında bu təşkilatın bəşəriyyəti müharibə və destabillikdən xilas etmək məqsədi ilə yaradıldığını xatırladaraq BMT-nin vəzifəsinin ifratçılıq şeytanı ilə mübarizə və sülh mədəniyyətinin genişləndirilməsi olduğunu bildirib. 

İranın BMT-dəki daimi nümayəndəsi deyib: Diplomatiya və müzakirə yerinə sanksiya və hədə-qorxu dilindən istifadə edənlər və hegemoniya və ifratçılığı yayanlar öz sözləri və əməlləri ilə sülh və təmkinlik mədəniyyətinin köklərini qurudurlar. 

Xoşru beynəlxalq əlaqələrdə özbaşınalıq və zorakılığın destabilliy, terrorizm və ifratçılığın geniş vüsət almasına gətirib çıxartdığını bildirərək deyib: Nüvə sazişi kimi uğurlu diplomatik nümunələrdən faydalanmaq və onları beynəlxalq münasibətlərdə nümunə götürmək lazımdır. 

İranın BMT-dəki daimi nümayəndəsi Orta şərqin ölümcül müasir silahlar sərgisinə çevrildiyini bildirərək deyib: Bu silahların hər biri yaralı sülhün canına növbəti zərbəni vurur. 

Xoşru Myanma ordusu və buddistlərinin Ruhinqa müsəlmanlarına qarşı cinayətlərini pisləyərək deyib: Ruhinqa müsəlmanları ifratçılığın və dinc yanaşı yaşamaq prinsipinin olmamasının qurbanlarıdırlar. 

İranın BMT-dəki nümayəndəsi İİR-in "Dünya zorakılıq və ifratçılığa qarşı" adlı qətnaməsini BMT baş assambleyasına təqdim etdiyini xatırladaraq bütün sülhsevər ölkələri sülh uğrunda öz səylərini birləşdirməyə çağırıb. 

Teqlər