Zərif Myanma müsəlmanları ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb
İran xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatının baş katibinə göndərdiyi məktubda beynəlxalq ictimaiyyəti Myanmada müsəlmanlar əleyhinə mütəşəkkil zorakılıqlara qarşı təcili addım atmağa çağırıb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Antonio Guterresə məktubda Myanmada müsəlmanlar əleyhinə mütəşəkkil zorakılıqların davam etməsi haqda xəbərdarlıq edərək, yazıb ki, beynəlxalq ictimaiyyət, xüsusilə Birləşmiş Millətlər Təşkilatı bu mövzuda təcili hərəkət etməlidir.
Avqustun 25-dən bəri Myanma ordusunun Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı yeni repressiv və təcavüzkar hücumları zamanı 6334 ruhinqalı müsəlman həlak olub və 8349 nəfər də yaralanıbdır.
Raxin əyaləti 2012-ci ildən bəri Myanma ordusu və buddistlər tərəfindən Ruhinqa müsəlmanlarına qarşı hücumların şahididir. Bir milyon Ruhinqa müsəlmanı Myanmada vətəndaşlıq hüquqlarından məhrumdur.