Sen 08, 2017 12:52 Asia/Baku
  • General-leytenant Rəhim Səfəvi: İraqın parçalanması düşmənlərin fitnəsidir

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş müşaviri İraq və Suriyada terrorçuların məğlubiyyətindən sonra regionda yeni bir fitnənin formalaşmaqda olduğunu bildirərək, deyib ki, düşmənlər İraq və Suriyanı parçalamaq fikrindədirlər.

General-leytenant pasdar Seyid Yəhya Rəhim Səfəvi dünən İranın qərbində yerləşən Sənəndəc şəhərində İraq Kürdüstanı məntəqəsində bu məntəqənin İraqdan ayrılması üzrə hərəkətlərə toxunaraq, bildirib ki, İraqın parçalanması bu ölkə xalqı üçün müharibə və əmin-amansızlıqdan başqa bir şey gətirməyəcəkdir.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş müşaviri İran İslam Respublikası, Suriya, Türkiyə və İraqın mərkəzi dövlətinin İraq Kürdüstanı məntəqəsində bu məntəqənin İraqdan ayrılması üzrə referendumun keçirilməsilə müxalif olduqlarını bildirərək, vurğulayıb ki, bu ayrılmadan ilk zərər çəkəcək kəslər İraq Kürdüstanı məntəqəsinin sakinləri olacaqları.

General-leytenant Rəhim Səfəvi əlavə edib: Region ölkələrinin kiçik hissələrə parçalanması düşmənlərin hədəfidir ki, həmişə onlara hakim kəsilmiş olsunlar.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş müşaviri regionda hökmranlıq və müqavimət kimi iki diskursun mövcud olduğunu bildirərək, belə qeyd edib: Hökmranlıq diskursunu ingilislər, amerikalılar və sionistlər, müqavimət diskursunu isə region xalqları, İran və Rusiya yaradıblar və izləyirlər.

Teqlər