Sen 08, 2017 14:59 Asia/Baku
  • Ayətullah Movəhhedi Kermani: Müsəlman xalqlar Myanma ordusuna və buddistlərə qarşı ayağa qalxsınlar

Tehranın cümə namazı xitabətçisi Ruhinqa müsəlmanlarına qarşı qırğının qarşısının alınması üçün beynəlxalq təşkilatların köməyinə ümidin olmadığını bəyan edərək, müsəlman xalqlardan istəyibdir ki, Myanma ordusunun və buddistlərin cinayətlərinə qarşı ayağa qalxsınlar.

Avqustun 25-dən bəri Myanma ordusunun Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı yeni repressiv və təcavüzkar hücumları zamanı mindən çox insan ölüb və təqribən yüz min nəfər də didərgin düşübdür.

Raxin əyaləti 2012-ci ildən bəri Myanma ordusu və buddistlər tərəfindən Ruhinqa müsəlmanlarına qarşı hücumların şahididir. Bir milyon Ruhinqa müsəlmanı Myanmada vətəndaşlıq hüquqlarından məhrumdur.

Ayətullah Movəhhedi Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində sionist rejimin Ruhinqa müsəlmanlarının qırğın edilməsindəki roluna işarə edərək, belə qeyd edib: Birləşmiş Millətlər Təşkilatının və insan haqlarını müdaifə iddiasında olan beynəlxalq təşkilatların Myanma hökumətinin cinayətləri qarşısındakı ölümcül sükutu qəhərləndiricidir.

Tehranın cümə namazı xitabətçisi səud rejiminin Yəməndəki cinayətlərinə də toxunub və bildirib ki, Ali-Səudun müqəddəs İslam dininə azacıq da olmuş-olsa belə, etiqadı yoxdur.

Ayətullah Movəhhedi Kermani həmçinin Amerikanın İranın hərbi mərkəzlərindən baxış keçirmək üzrə cəhdlərinə işarə edib və vurğulayıb ki, Amerika bu arzusunu qəbirə aparacaqdır.

Tehranın cümə namazı xitabətçisi bildirib ki, MAQATE-nin müfəttişləri dəfələrlə İranın nüvə fəaliyyətlərinin tamamilə dinc məqsədli olğuğunu etiraf ediblər. O, vurğulayıb ki, Tehran agentliklə beynəlxalq qanunlar çərçivəsindən də geniş əməkdaşlıq edibdir.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi də Amerika rəsmilərinin İranın hərbi mərkəzlərindən baxış keçirmək üzrə həmişəki həyasızlıqlarına cavab olaraq, vurğulayıb ki, amerikalıların beynəlxalq qanunlara zidd bu istəyi nəticə verməyəcək arzular və təbirolunmaz röyalardır.

 

Teqlər