Sen 09, 2017 20:06 Asia/Baku
  • Nüvə anlaşmasından çıxmağın ABŞ üçün ağır nəticələri olacaq
    Nüvə anlaşmasından çıxmağın ABŞ üçün ağır nəticələri olacaq

Nyu-York Tayms qəzeti ABŞ-ın nüvə anlaşmasından çıxmaq üçün gətirdiyi bəhanələri gülünc adlandırıb və bu addımın Vaşinqton üçün ciddi mənfi nəticələrə səbəb olacağını yazıb.

Nyu-York Tayms qəzeti ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heylinin təxribatçılıq və nüvə anlaşmasından çıxmaq üzrə pozucu hərəkətlərinə işarə edərək, yazıb: Niki Heylinin ABŞ prozidenti Donald Trampın nüvə anlaşmasından çıxması ehtimalı ilə bağlı gətirdiyi arqumentlər tamamilə gülünc və məntiqdən uzaqdır. 

Məqalədə həmçinin deyilir: Hətta, Tramp da bu işin məsuliyyətini təklikdə üzərinə götürmək istəmir və Konqresin də bu məsələyə müdaxilə etməsini istəyir. 

Nyu-York Tayms yazır: Bütün bu bəhanələrə baxmayaraq, Tramp hökumətinin özü İranın nüvə anlaşması qarşısında öz öhdəliklərinə sadiq qaldığını etiraf edib. 

Nyu-York Tayms Trampın nüvə anlaşmasını pozmaq üzrə seçkilərdə verdiyi vədi xatırladıb və yazıb: Tramp nüvə anlaşmasından çıxmaq üçün bir yol tapsınlar deyə müşavirlərinə təzyiq göstərir. 

Qəzetin yazdığına görə, ABŞ belə bir addım atmış olarsa, nüvə anlaşmasının digər tərəflərini qəzəbləndirmiş olacaq və Fransa, Britaniya, Almaniya, Çin və Rusiya bunu xoş qarşılamayacaqlar. 

Avropa rəsmiləri o cümlədən Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini davamlı olaraq nüvə anlaşmasına sədaqətə təkid edirlər. 

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də İranın öz öhdəliklərinə sadiq olduğunu təsdiq edib. 

Teqlər