Tehranda tələbələr Myanma qırğınına etiraz ediblər
https://azeri.sahartv.ir/news/İran-i281945-tehranda_tələbələr_myanma_qırğınına_etiraz_ediblər
İranlı tələbələr BMT-nin Tehrandakı ofisi qarşısında aksiya keçirərək, İslam ölkələrindən və beynəlxalq təşkilatlardan, xüsusən BMT-dən istəyiblər ki, Myanma müsəlmanlarının qırğını qarşısındakı sükutlarına son qoysunlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2017 16:27 Asia/Baku
  • Tehranda tələbələr Myanma qırğınına etiraz ediblər
    Tehranda tələbələr Myanma qırğınına etiraz ediblər

İranlı tələbələr BMT-nin Tehrandakı ofisi qarşısında aksiya keçirərək, İslam ölkələrindən və beynəlxalq təşkilatlardan, xüsusən BMT-dən istəyiblər ki, Myanma müsəlmanlarının qırğını qarşısındakı sükutlarına son qoysunlar.

Aksiyaçılar dünyanın müxtəlif nöqtələrindəki terror hərəkətləri qarşısında ikili standartlar tətbiq etdiyinə görə, BMT-ni tənqid edərək, bildiriblər ki, BMT-nin 2015-ci ilin yanvarında baş vermiş Paris terror hücumları qarşısındakı reaksiyası Yəmən və Myanmadakı qırğınlar ilə müqayisəediləsi deyil, zira BMT-nin Təhlükəsizlik Şurası bu hücumlardan bir gün sonra iclas keçirdi, amma Yəmən və Myanmadakı qırğınlar qarşısında susmaqda davam edir.