Ayətullah Məkarim Şirazi Myanma müsəlmanlarının qırğın edilməsi məsələsinin izlənilməsini vurğuladı
Böyük təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi BMT-nin Myanmada müsəlmanların qırğın edilməsi qarşısında sükut etməsini tənqid edərək, deyib: İslam ölkələrinin xarici işlər nazirləri fövqəladə iclas təşkil edərək, Myanma müsəlmanlarının qırğın edilməsi məsələsini araşdırmalıdırlar.
Ayətullah Məkarim Şirazi çərşənbə günü Qumda, Əəzəm məscidində xaric fiqh dərsində deyib: Myanma dövləti İslam ölkələri alimləri ilə iclas təşkil edərək, müsəlmanlara qarşı soyqırımının səbəblərinə aydınlıq gətirməlidir.
İslam İnqilabının Böyük Rəhbəri Ayətullahülüzma Xamenei də çərşənbə axşamı xaric fiqh dərsində dünya ictimaiyyəti və beynəlxalq insan haqları təşkilatlarının Myanmada yaşanan faciə qarşısındakı sükutunu tənqid edərək, məsələnin yeganə həll yolunun İslam ölkələrinin praktiki addım atmaları olduğunu demiş və Myanma dövlətinə siyasi və iqtisadi təzyiqlərin göstərilməsini istəmişdi.