İran İslam Şurası Məclisi Myanma müsəlmanlarının vəziyyətini araşdırmaq üçün nümayəndə heyəti göndərir
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Myanma müsəlmanlarının vəziyyətini araşdırmaq üçün parlament heyətinin göndərilməsindən xəbər verib.
Əlaəddin Brucerdi çərşənbə günü Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının Myanma müsəlmanlarının vəziyyətini araşdırmaq üçün təşkil etdiyi fövqəladə iclaın ardınca deyib: İranın Taylanddakı səfiri Myanmada olaraq, İran İslam Respublikasının baş verənlərlə bağlı ciddi narahatlığını Myanma dövlətinin diqqətinə çatdırıb və Rohincalı müsəlmanlara qarşızorakılıqların dərhal dayandırılmasını vurğulayıb.
Brcerdi əlavə edib: İran İslam Şurası Məclisindən də bir nəfər Myanmaya səfər edəcək heyətin tərkibində yer alacaq və Rohincalı didərgin qadınların vəziyyətini araşdırmağa çalışacaq.
Myanma ordusunun Raxin vilayətində Rohincalı müsəlmanlara qarşı 25 avqust tarixindən başlanan hücumları minlərlə nəfərin ölməsinə 300 min nəfərin isə Banqladeşə sığınmasına səbəb olub.