Sen 14, 2017 20:22 Asia/Baku
  • İran və Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisləri telefonla danışdılar

İran İslam Respublikası Ordusu Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və Türkiyə Ordusunun Baş Qərargah rəisi Hulusi Akar cümə axşamı günü telefon söhbətində İraq Kürdüstanının ayrılması üzrə referendumun keçirilməsinin təhlükəli nəticələri, həmçinin məzlum Myanma müsəlmanlarına humanitar yardımların artırılmasının vacibliyini vurğulayıblar.

Fars Xəbər Agentliyinin məlumatına görə, ordu generalı Məhəmməd Baqiri və general Hulusi Akar bu telefon söhbətində ikitərəfli əməkdaşlıqlar və münasibətlərin yüksəldilməsini vurğulayaraq İraq Kürdüstanının ayrılması üzrə referendumun keçirilməsinin regionun təhlükəsizlik, sülh və stabilliyinə mənfi nəticələrini təhlükəli adlandırıblar.

İran və Türkiyənin Silahlı Qüvvələri Baş Qərargahlarının rəisləri həmçinin Myanma ordusu və buddistlərinin rohinca müsəlmanları əleyhinə dəhşətli davranışlarını pisləyib və bildiriblər: İslam ölkələri və beynəlxalq dairələr, xüsusilə də BMT Myanma müsəlmanlarının qırğın edilməsi və qaçqın düşməsinin davam etməsinin qarşısını almaq üçün ciddi qərarlar verməlidirlər.

İki tərəf məzlum Myanma müsəlmanlarına humanitar yardımların göndərilməsinin vacibliyini də qeyd edib.

Teqlər