İran İraqdakı son terror aktını pisləyib
İİR XİN sözçüsü bu gün İraqın cənubunda onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən terror aktını pisləyib və bu vəhşicəsinə cinayətdə həlak olanların ailələr, İraq dövləti və xalqının dərdinə şərik olduğunu bildirib
Bəhram Qasimi bu axşam bir bəyanatda İraqda bu gün baş verən terror aktında iranlı zəvvarların da həlak olmasından dərindən təəssüfləndiyini bildirərək onların ailələrinə başsağlığı verib, İran İslam Respublikasının Bağdaddakı səfirliyinin həlak olan və yaralanan iranlıların kimliyini müəyyənləşdirmək üçün lazımı tədbirlər həyata keçirdiyini deyib.
Bu gün İraqın Ziqar vilayətinin mərkəzi olan Nasiriyyə şəhərinin yaxınlığında yoxlama buraxılış məntəqəsi və Fədək restoranına qarşı terror hücumunda 130 nəfər ölüb və yaralanıb.
Həlak olanlar arasında 3 iranlının da olduğu bildirilir.