Sen 15, 2017 14:04 Asia/Baku
  • Tehranın cümə namazı xətibi: Myanmada müsəlmanların qırğını böyük insan faciəsidir
    Tehranın cümə namazı xətibi: Myanmada müsəlmanların qırğını böyük insan faciəsidir

Tehranın müvəqqəti imam cüməsi Myanmada müsəlmanların qırğın edilməsini böyük insan faciəsi adlandırıb və deyib: Myanmada yüz minlərlə müsəlmanın qırğın edilməsi və didərgin salınmasının pərdə arxasında sionist rejim durur.

Ayətullah Əhməd Xatəmi Tehranın bu həftəki cümə namazı xütbələrində Myanma hökumətinin sionist rejimin Qəzzədə müsəlmanları qırğın etdiyi silahla Myanma müsəlmanlarını qətlə yetirdiyini bildirərək deyib: Myanma hökuməti tam həyasızlıqla etnik təmizləmə aparır və Nobel Sülh mükafatının qalibi Myanmanın xarici işlər naziri və hökumətin ali müşaviri Anq San Suçi hələ də bu soyqırımı haqda sükut edib.

Ayətullah Xatəmi beynəlxalq dairələr və bəzi islam ölkələrinin Myanmada müsəlmanların qırğın edilməsi qarşısında sükutunu tənqid edərək deyib: Myanma müsəlmanları əleyinə cinayətlər islamın səhnəyə gəldiyini və imperializmin bu məsələdən qorxuya düşdüyünü əks etdirir.

Tehranın bu həftəki cümə namazının xətibi İraq Kürdüstanının ayrılması üzrə referendumun keçirilməsini də imperializm və sionist rejimin yeni məkrli planı adlandırıb və deyib: Sionist rejimin İraq Kürdüstanının ayrılması üzrə referendumu dəstəkləməsi bu rejimin İraq və Suriyada İŞİD terror qruplaşmasının yaradılması üzrə məkrli planın məğlubiyyətindən sonra İraqı parçalamaq və yeni məkrli plan ardınca olduğunu göstərir.

Ayətullah Xatəmi Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən İranın hərbi mərkəzlərinə baxışın keçirilməsi üzrə bəzi iddialar haqda da bildirib: Hərbi mərkəzlər İran xalqının sirləridir və əlavə protokol və nüvə anlaşması İranın sirlərinə baxışın keçirilməsinə heç bir icazə verməyib.

Tehranın müvəqqəti imam cüməsi həmçinin İŞİD terror qruplaşmasının İraqın Zi Qar vilayətinin Nasiriyyə şəhərində törətdiyi terror aktını, bir qrup iranlı zəvvar və iraqlının şəhid edilməsini pisləyib və deyib: Bu terror aktı beynəlxalq imperializmin yetişdirdiyi terrorçuların zəif duruma düşdüyünü göstərir.

Teqlər