Ruhani: BMT Baş Assambleyası İran xalqının səsini dünyanın diqqətinə çatdırmaq üçün bir fürsətdir
İran İslam Respublikası prezidenti deyib: BMT Baş Assambleyasının illik iclası İran xalqının səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, ABŞ və Qərb ictimaiyyətində mövcud olan şübhələri ortadan qaldırmaq üçün yaxşı fürsətdir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü səhər Nyu-Yorka səfər etməzdən öncə jurnalistlər qarşısında deyib: BMT Baş Assambleyasında çıxış etməklə yanaşı, ABŞ KİV-lərinin müdirləri, Amerikadakı düşüncə otaqlarının məsul şəxsləri, ABŞ müsəlmanlarının rəhbərləri və Amerikada yaşayan iranlılar ilə görüşlərimiz olacaq.
Ruhani həmçinin deyib: Nyu-Yorkda Belçika, İsveç, Avstriya, Fransa, Britaniya, Yaponiya, Pakistan, Cənubi Afrika və Boliviya başçıları ilə də görüşüb, danışıqlar aparacağıq. Bu görüşlərdə ikitərəfli əlaqələr, regional məsələlər, nüvə anlaşması və Myanma müsəlmanlarının qırğın edilməsi məsələləri barədə danışıqlar aparılacaq.
İran prezidenti həmçinin deyib: BMT Baş Assambleyasının kənarında İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Myanma müsəlmanlarının qırğın edilməsi mövzusunda bir iclas keçiriləcək. Həmçinin, ekologiya və iqlim mövzusunda da bir iclas keçirilməlidir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani nüvə anlaşmasını region və dünyanın təhlükəsizliyi, sabitliyi və inkişafının xeyrinə olan bir anlaşma adlandırıb və deyib: Bu anlaşma ilə müxalif olanlar azlıqdadırlar.
Həsən Ruhani həmçinin, Qərb xüsusilə də Amerikanın davamlı olaraq İrana qarşı mənfi təbliğatlar aparmasına işarə edərək, deyib: İslam ölkələri xüsusilə İran barəsində aparılan bu mənfi təbliğatlar həqiqətləri əks etdirmir və İran BMT Baş Assambleyasında bu məsələni gündəmə gətirəcək.