Sen 18, 2017 09:41 Asia/Baku
  • Tehran İranın hüququna təcavüzə münasib cavab verəcək
    Tehran İranın hüququna təcavüzə münasib cavab verəcək

İran İslam Respublikası prezidenti bildirib: Tehran heç vaxt beynəlxalq anlaşmaları pozmağı başladan tərəf olmayacaq, lakin qarşı tərəf İran xalqının hüququna təcavüz fikrində olarsa, İran mütləq münasib və lazımi cavabı verəcək.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani ötən gecə ABŞ-da yaşayan iranlı ziyalılarla görüşdə nüvə anlaşmasının region və dünyanın siyasi tarixində həmişə yaşayacağını bildirərək deyib: İranlılar tarix boyu öz əhdlərinə sadiq qalmışlar və qarşı tərəf öz əhdinə sadiq qaldığı zamana qədər, əhdinə sadiq qalacaqlar. 

İran İslam Respublikası prezidenti nüvə anlaşmasının BMT Təhlükəsizlik Şurasının qətnamə dəstəyi ilə çoxtərəfli anlaşma olduğunu bəyan edərək deyib: Nüvə anlaşmasından çıxmaq bir dövlətin açıq-aşkar siyasi öhdəliyini tapdalamaq mənasındadır və bu heç kimə fəxr gətirmir. 

Ruhani həmçinin 19 may 2017-ci il prezident seçkilərində İran vətəndaşlarının 73%-lik iştirakına toxunaraq deyib: Vətəndaşların səsvermədə aktiv iştirakı İran xalqının öz taleyinə və ölkənin taleyinə maraqlı olduğunu göstərdi. 

İran İslam Respublikası prezidenti bildirib: İranda 105 xarici heyətin iştirakı ilə prezidentin andiçmə mərasiminin keçirilməsi beynəlxalq ictimaiyyətin İran xalqı, onun iştirakı və seçiminə hörmətlə yanaşdığını göstərir. 

İran İslam Respublikası prezidenti BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib. 

Teqlər