Ayətullah Laricani: Myanma müsəlmanlarının qırğın edilməsi soyqırımı nümunəsidir
İranın məhkəmə hakimiyyətinin sədri deyib: Myanma müsəlmanlarına qarşı zorakılıqlar bəşəriyyətə qarşı cinayət və soyqırımı nümunəsidir.
Ayətullah Sadiq Laricani bu gün məhkəmə rəsmilərinin iclasında Myanma müsəlmanlarına qarşı zorakılıqları pisləyərək deyib: Bu cinayət nobel mükafatı laoriyyatı olan bir şəxsin dəstəyi ilə həyata keçir və beynəlxalq qurumlar da bu faciələrə qarşı susurlar.
Laricani deyib: Beynəlxalq təşkilatlar hansısa ölkədə bir neçə nəfərin girov götürülməsinə qarşı ən kəskin sanksiyalar tətbiq edirlər amma bu kimi cinayətlər qarşısında sadəcə təəssüflənməklə kifayətlənirlər.
İranın məhkəmə hakimiyyətinin sədri Suriya və İraqda müqavimət cəbhəsinin qələbələri münasibəti ilə təbrik edərək deyib: Bəzi region ölkələri və sionistlərin imkanları hesabına yaranan terrorçu qruplaşma İraq və Suriya hərbçiləri və xalq qüvvələrinin köməyi və İranın dəyərli dəstəyi nəticəsində tamamiylə məhv edilməkdədir.
Ayətullah Laricani ABŞ-ın nüvə sazişini pozmaq cəhdlərinə də toxunub: " İranın nüvə sazişinə sadiq qalması MAQATE tərəfindən dəfələrlə təsdiq edilib amma Amerika hələ də öz öhdəliyini pozur və Amerikaya özünün hegemonçu və məsuliyyətsiz siyasətlərinə yenidən baxmasını tövsiyyə edirik.