Ruhani: ABŞ-ın ƏMTP-dən çıxmasının onun üçün ağır xərci olacaq
https://azeri.sahartv.ir/news/İran-i282777-ruhani_abŞ_ın_Əmtp_dən_çıxmasının_onun_üçün_ağır_xərci_olacaq
İran İslam Respublikası prezidenti deyib: Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından ehtima üzrə çıxması bu ölkə üçün ağır xərclərə gətirib çıxaracaq.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 18, 2017 17:22 Asia/Baku
  • Ruhani: ABŞ-ın ƏMTP-dən çıxmasının onun üçün ağır xərci olacaq

İran İslam Respublikası prezidenti deyib: Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından ehtima üzrə çıxması bu ölkə üçün ağır xərclərə gətirib çıxaracaq.

İRİB-in verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan  İİR prezidenti Həsən Ruhani bu gün Amerikanın CNN telekanalına verdiyi müsahibədə İranın ABŞ-ın ƏMTP-dən ehtimal üzrə çıxmasına reaksiyası barədə verilən sualı belə cavablandırıb: Hesab etmirəm ki, amerikalılar belə bir xərci ödəmək istəsinlər, həm də ona görə ki, belə bir hərəkətin onlar üçün səmərəsi olmayacaq. 

Ruhani deyib: Belə bir ehtimali hərəkətin nəinki Amerika üçün faydası olmayacaq hətta eyni zamanda dünya səviyyəsində Amerikaya qarşı etimadsızlığın formalaşması və güclənməsinə gətirib çıxaracaq. 

İran İslam Respublikasının prezidenti deyib: Hal-hazırda Vaşinqton Şimali Koreya məsələsi ilə məşğuldur və nüvə sazişindən çıxarsa Ş.Koreyaya ABŞ ilə razılaşmağa ümidvar olması üçün verə biləcək bir təzminat qalmayacaq. 

İran ilə 5+1 qrupu (Rusiya, Çin, Britaniya, Fransa, ABŞ və Almaniya) arasında nüvə razılaşması 2016-cı il yanvar ayından icra edilməyə başlanıb və ABŞ dövləti bu qrupun üzvlərindən biri olaraq daima bu razılaşmanın icrasını əngəlləməyə cəhd göstərir.