Sen 19, 2017 19:32 Asia/Baku
  • Ruhani: Region sərhədlərində hər hansı dəyişiklik təhlükəlidir
    Ruhani: Region sərhədlərində hər hansı dəyişiklik təhlükəlidir

İran İslam Respublikası prezidenti İraq Kürdüstanında referendum məsələsi və region ölkələrinin sərhəd və coğrafiyasının dəyişilməsi istiqamətində istənilən hərəkəti təhlükəli adlandırıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü BMT baş katibi Antonio Quterreşlə Nyu-Yorkda görüşdə bütün dünya, o cümlədən BMT-ni İraqın ərazi bütövlüyü və konstitusiyasının qorunması və qətiyyətli dəstəklənməsinə çağırıb və deyib: Region problemlərinin həlli üçün diplomatik danışıqlar ardınca olmaq lazımdır.

Ruhani əlavə edib: Əhatəli Müştərək Təşəbbüs Proqramı region və dünyada sülh və stabillik üçün yaxşı örnək ola bilər və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və BMT baş katibinin nüvə anlaşmasının dəstəklənməsi və güclənməsi, xüsusilə də öhdəliklərə zidd addımlar atanlar qarşısında qətiyyətli mövqe sərgiləməsi əhəmiyyətlidir.

BMT baş katibi də bu görüşdə İraqın ərazi bütövlüyü və konstitusiyasına dəstəyini elan edib.

Antonio Quterreş həmçinin İranın nüvə anlaşması qarşılığında öz öhdəliklərini yerinə yetirdiyini bəyan edərək bütün tərəflərin bu anlaşmanı tam və dəqiq şəkildə icra etmələrinin vacibliyini qeyd edib.

Teqlər