Sen 19, 2017 20:57 Asia/Baku
  • Ruhani: Nüvə anlaşmasından çıxmaq mütləq ABŞ-ın zərərinədir
    Ruhani: Nüvə anlaşmasından çıxmaq mütləq ABŞ-ın zərərinədir

İran İslam Respublikası prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmağı beynəlxalq ictimaiyyəti, diplomatiya və müzakirəni zəiflətmək mənasında hesab edib və bildirib: Nüvə anlaşmasından çıxmaq yüz faiz ABŞ-ın zərərinədir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Nyu-Yorkda ABŞ xarici siyasətinin ziyalıları ilə görüşdə nüvə anlaşması tərəflərinin heç birinin qanun pozuntusuna yol verməyəcəyinə və nüvə anlaşmasını tapdalamayacağına ümid edərək deyib: Beynəlxalq anlaşmaların bir şəxsin xoşuna gəlməsinə əsasən tapdalanmağı qərara alınarsa, bu, dünyanı hərc-mərcliyə, zorakılığa və hərbi qüdrəti nümayiş etdirməyə dəvət etmək mənasındadır.

Teqlər